Bu gün



Həftənin sözü

Bu günün həqiqi universiteti, bir kitabxanadır

Carlyle

------------------------------------ Kitablarımızın əsas satış ünvanları: 1. 28 May m.s.-nın yaxınlığında yerləşən "Məsumə" dini mağazası; 2. Nizami m.s.-nın çıxışında yerləşən "Haqqın nuru" dini mağazası.
  • Son nəşrlər

  • Çox satılanlar


Nəşrlərimiz

  • Elmin gözqamaşdırıcı inkişafına baxmayaraq, hələ də insantanıma ilə bağlı ye­tər­li nəticələr əldə olunmamışdır, insan hələ də çoxsaylı sirləri özündə daşıyır. Əl­də olunan nailiyyətlər isə əksər hald...
  • Müsəlmanların Qurani-kərimə yetərincə diqqət etməməyi ömrünü müsəlman cə­miyyətində olan boşluqları doldurmağa, möv­cud problemləri həll etməyə həsr et­miş böyük İslam alimi Mür­təza Mütəhhərinin gözü...
  • İnsani duyğu olan “axtarış hissi”, insanı özünü dərk edən vaxtdan da­im həqiqət axtarışına, qarşısında olan yollardan “doğru yolu” tapmağa sövq edir. Bu kitabçada böyük mütəfəkkir “həqiqət axtarışı” ...
  • Böyük İslam dühası, hörmətli müəllifin fikrincə, müsəlmanlar İslamın ali göstərişlərini düzgün anlamadıqlarına, bu göstərişlərə düz­gün əməl etmədiklərinə görə həqiqi İslamdan çox uzaq düş­müş­lər: “....
  • Görəsən, on dörd əsr öncə yaranmış İslam qanunları hər an dəyişməkdə olan zamanın ehtiyaclarına necə cavab verə bilər? Heç bir qanunun sabit qala bilməyəcəyini, zamanın dəyişməsi ilə yeni qanunların ...
  • Həzrət Peyğəmbər (s) və o cənabın Əhli-beytinin (ə) həyat tərzini özündə əks etdirən bu silsilə kitabçalarda hər məsumun həyat tərzi haqqında qırx hədis toplanmışdır. Hazırkı kitabçada toplanan qırx ...
  • Bu kitabça üç böyük İslam aliminin on ikinci imam həz­­rət Sa­hibəzzamanla (ə.f.) bağlı dəyərli çı­xış­ları və ya­z­ı­la­rından se­çi­lərək möhtərəm oxucuya təq­dim edilir. Bu kiçik işin o həz­rə­tin...
  • İnsanı digər canlılardan fərqləndirən cəhət onun təfəkkürüdür. Sağlam tə­fək­kür üçün müəyyən qayda-qanunlar var. Bu qanunlara riaət etmədikdə, fikirdə xə­ta­lar yaranır. Dərslik kimi nəzərdə tutula...
  • Kitabda evlənmək, onun vaxtı, həyat yoldaşı seçmək yolları, toy gecəsi, övlad istə­mək, övladın kimliyinin təyini, hamiləlik dövrü, bu dövrdə xanımlarda yaranan dəyişikliklər və bu haqda faydalı...
  • Kitabda gəncliyin ən böyük problemi olan cinsi prob­lem­lər­dən və onların yaranma səbəblərindən söhbət açılır. İki his­sə­dən ibarət olan kitabın birinci hissəsində gənclərin evlənmək prob­lemində...
  • Bu kitabda həyata atılaraq, uğur qazanmaq istəyən gəncə bir çox də­yər­li tövsiyələr verilmişdir. Uğur qazanmaq istəyən gəncin hansı mə­sə­lələrə diq­­qət etməli olduğu, hansı keyfiyyətləri özündə c...
  • Kitabda həzrət Peyğəmbər (s) və o həz­rə­tin Əhli-beytindən (ə) bu­yu­ru­lan hə­dis­lər əsasında bir müsəlmanın gün­də­lik olaraq necə yaşamalı olduğu gös­tə­ril­mişdir. Belə ki, kitabda müs...
  • Kitabda qaçılmaz son olan ölüm haqqında və ölümün xü­su­siy­yət­lə­rindən danışılır. Kitab ancaq “ölüm” mövzusuna həsr olunduğundan, qə­bir sıxıntısı və orada baş verən hadisələrdən, həmçinin daha son...
  • Kitabda müasir cəmiyyətimizdə günü-gündən sü­quta uğrayan dəyərlərdən söh­­­bət açılaraq, insanlığın üzləşdiyi bu psixoloji və əx­la­qi problemlərin həlli yol­ları araş­dırılmışdır. Belə ki,...
  • Böyük İslam alimi Mürtəza Mütəhhərinin çıxış və məqalələr toplusu olan bu kitab, alimin başqa kitabları kimi öz mövzuları ilə diqqəti cəlb edir. Kitabın adından da məlum olduğu kimi kitabda dərin fə...
  • Kitabda əziz dinimizdə böyük önəm verilən gənclik mövzusuna dair Əhli-beytdən (ə) bir-birindən maraqlı və hikmətli kəlamlar yer almışdır. Möv­zu­lar üzrə ay­rıl­mış hədislərdə gəncliyin ən ümdə məsəl...
  • Kitabda dünyanın tanınmış elm xa­dim­lə­ri­nin, filosof, yazıçı, tarixçi, islahatçı və s.in so­nun­cu pey­­ğəm­bərimiz həzrət Məhəmməd (s)  haq­qın­dakı nə­zərləri, de­dik­­­ləri qiymətli sözlər topla...
  • Qurani-kərim və əziz Peyğəmbərimizin (s) sün­nə­sində müsəlmanların vəh­dəti ilə bağlı çoxlu tövsiyələr edil­mişdir. Günümüzdə isə bu vəhdət mə­sələsi xüsusi əhə­miyyətə malikdir. Çünki müəyyən anla...
  • Kitabda əsas etibarı ilə müqəddəs dinimizin əsaslarından (üsuliddin) bi­rin­cisi olan “Tövhid” böl­məsindən bəhs olunur. Kitabda Allahın varlığı müx­­təlif yollarla, xüsusən də yaranışda olan nizam-...
  • Kitabda ayə və hədislər işığında aləmlərə rəhmət olaraq göndərilmiş, daim insanların xoşbəxtliyi fikrində olmuş, şərəfli ömrünü büsbütün buna həsr etmiş həzrət Məhəmməd peyğəmbərin (s) öz dövründə ya...
  • Kitabda hədislər işığında müsəlman bir şəxsin fərdi və ictimai rəftarlarını necə tənzimləməsi məsələsi açıqlanır. Hədislər sevimli Pey­­ğəmbərimiz (s) və onun pak Əhli-beytindən (ə) nəql edildiyi...
  • Kitabda İslam və qərb dünyasının qadın və kişi münasibətlərində əxlaqı, qadın, eşq və bu kimi mövzulara baxışları açıqlanır, dinimizin sö­zügedən sahədə ən gözəl və ən mükəmməl baxışa sahib olduğu sü­...
  • Kitabda həzrət Mehdinin şəxsiyyət­naməsi, Əhli-beytin (ə) dili ilə o cənabın tanıtdırılması, qeybə çəkilməsi, həmin dövrün xüsusiyyətləri, həqiqi inti­zar, imanı qorumaq yolları haqda qısa şəkil...
  • Kitabda həzrət Mehdinin həyatı, qeybə çəkil­məsi, intizarı, zühuru, hökuməti və s. barədə dəyərli məlumatlar verilmişdir.
  • Kitabın əsas hissəsində məşhur “Şəbaniyyə” minacatı və sonda isə “Muridin” minacatı şərh olunmuşdur. Böyük İslam alimi olan hörmətli müəllif öz bənzərsiz şərhləri ilə bu duaların əsl mahiyyətini ...
  • Kitabda Allahtanıma, tövhid, şirk və bu mövzularla bağlı müxtəlif, bir-birindən maraqlı hekayələr toplanmışdır. Mövzular üzrə toplanan bu he­­kayələr ilə tövhidin-təkallahlığın növləri açıqlanmışdır....
  • Bu kitab əvvəllər “Gənc ailələr üçün göstərişlər” adı ilə nəşr olunmuş kitabın yenidən işlənilmiş variantıdır. Kitabda ailə təşkili ərəfəsində olan gənclərə lazımi tövsiyələr, qadın və kişinin ay...
  • Bu kitab məşhur İslam alimi Ayətullah Misbah Yəzdinin əxlaq sahəsində çıxışlarının-moizələrinin məhsuludur. Kitab Allah-taalnın (c. c.) Musa peyğəmbərə (ə) nəsihətləri olan qüdsi hədislərin hörmətli...
  • Kitabda tarixdə hikmətləri ilə məşhur olan Həkim Loğmanın hikmətli kəlamları toplanmışdır. Bir-birindən maraqlı olan  hikmətli kəlamlar sistemli şəkildə, mövzular üzrə sıralanmışdır. Kitab geniş o...
  • Kitabda 12-ci imam həzrət Məhəmməd Sahibəzzamanın (ə. f.) həyatı, qeybə çəkilməsi, zühuru və rəcət dövrü, iman əhlinin həmin dövrlərdəki əməli vəzifələri, həmçinin o həzrətlə əlaqəli bir çox diqqəti ç...
  • Öz bənzərsiz hadisəsi ilə tarixə dərin və unudulmaz bir iz salmış həzrət Hüseyn ibn Əlinin (ə) bəşər tarixində misli görünməyən hərəkatı, missiyası ilə bağlı əsrlər boyu İslam alim­­ləri və digər mütə...
[Pause]

Azərbaycan Respublikasının Dövlət Himni

E-mail Print PDF

Azərbaycan Respublikası müstəqilliyə qovuşduqdan sonra milli himnin - dövlət himninin hazırlanması və qəbulu ətrafında müxtəlif fikir və mülahizələr irəli sürülsə də, Azərbaycan Xalq Cümhuriyyəti dövründə yaradılmış “Azərbaycan marşı”nın dövlət himni kimi təsdiqinə üstünlük verilməsi unutdurulmuş tarixi yaddaşın bərpası ilə yanaşı, dahi Üzeyir bəy şəxsiyyətinin  böyüklüyünün bir daha etirafı, onun milli himn yaradıcılığı yolundakı fədakar fəaliyyətinin məntiqi nəticəsi sayılmalıdır. Çünki Azərbaycan SSR-in Dövlət himninin də müəllifi dahi Üzeyir Hacıbəyov idi. Bu himn 1991-ci ilin oktyabrından artıq ömrünü başa

vurmuşdu. Müstəqil Azərbaycan üçün yeni himn qəbul edilməsi tarixi zərurəti yaranmışdı. Həmin dövrdə yeni himn yaratmaq təşəbbüsü olsa da, hamı belə bir tarixi həqiqəti qəbul etdi ki, Üzeyir Hacıbəyovun Cümhuriyyət dövründə bəstələdiyi "Azərbaycan marşı" bu baxımdan əvəzedilməz sənət əsəridir. Həmin marşın himn kimi qəbulu qənaətinin doğruluğunu tarix və zaman təsdiqlədi.

Tarixi reallığı vaxtında qiymətləndirən Azərbaycan Respublikasının Ali Soveti həmin marşı özünün iclasında geniş müzakirə etdi və qəbul etdiyi "Azərbaycan Respublikasının Dövlət himni haqqında" 27 may 1992-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə musiqisi Üzeyir Hacıbəyovun, mətni Əhməd Cavadın olan "Azərbaycan marşı" Azərbaycan Respublikasının Dövlət himni kimi təsdiq olundu:

Azərbaycan marşı

Musiqisi Üzeyir Hacıbəyovun,

Sözləri Əhməd Cavadındır.

Azərbaycan! Azərbaycan!

Ey qəhrəman övladın şanlı Vətəni!

Səndən ötrü can verməyə cümlə hazırız!

Səndən ötrü qan tökməyə cümlə qadiriz!

Üçrəngli bayrağınla məsud yaşa!

Minlərlə can qurban oldu!

Sinən hərbə meydan oldu!

Hüququndan keçən əsgər!

Hərə bir qəhrəman oldu!

Sən olasan gülüstan,

Sənə hər an can qurban!

Sənə min bir məhəbbət,

Sinəmdə tutmuş məkan!

Namusunu hifz etməyə,

Bayrağını yüksəltməyə,

Cümlə gənclər müştaqdır!

Şanlı Vətən! Şanlı Vətən! ,

Azərbaycan! Azərbaycan!

"Azərbaycan Respublikasının Dövlət himni haqqında" Azərbaycan Respublikasının Qanununu ilə dövlət himninin yuxarıda verilən mətni ilə yanaşı, himnimizin bəstəkar Aydın Əzimov tərəfindən aranjiman edilmiş musiqi mətni (klaviri) də təsdiq edildi. Azərbaycan Respublikasının Dövlət himnindən istifadə qaydaları 2 mart 1993-cü il tarixli "Azərbaycan Respublikasının Dövlət himni haqqında Əsasnamənin təsdiq edilməsi barədə" Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş "Azərbaycan Respublikasının Dövlət himni haqqında Əsasnamə" ilə tənzimlənir. Adı çəkilən Konstitusiya Qanunları və Əsasnamə ilə Azərbaycan Respublikasının Dövlət himni Azərbaycan dövlətinin, onun müstəqilliyinin və birliyinin müqəddəs rəmzi, dövlət himninə dərin ehtiram bəsləmək isə onun hər bir vətəndaşının vətənpərvərlik borcu kimi təsbit olunmuşdur.

"Azərbaycan marşı" həm Üzeyir Hacıbəyov tərəfindən milli marş kimi bəstələnərkən, həm də müstəqil Azərbaycan Respublikasının Dövlət himni kimi təsdiq edilərkən müəyyən dəyişikliklərə məruz qalmışdır. Tarixilik baxımından mühüm əhəmiyyət kəsb edən həmin dəyişikliklərdən burada danışmağı faydalı hesab edirik. Yuxarıda deyildiyi kimi, "Azərbaycan marşının mətninin ilkin variantı 1919-cu ildə Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin mətbəəsində nəşr olunmuş "Milli nəğmələr" kitabında "Vətən marşı" adı ilə getmişdir. İlkin mətn belədir:

Vətən marşı

Azərbaycan, Azərbaycan

Ey qəhrəman övladın Vətəni (2)

Səndən ötrü can verməyə cümlə hazırız,

Səndən ötrü qan tökməyə cümlə qadiriz,

Üç rəngli bayrağınla məsud yaşa (2)

Binlərlə can qurban oldu,

Sinən hərbə meydan oldu.

Hüququn dərk edən əfrad,

Hərə bir qəhrəman oldu.

Sən olasan gülüstan,

Sənə hər dəm can qurban

Sənə bir çox məhəbbət,

Sinəmdə tutmuş məkan

Namusunu hifz etməyə,

Bayrağını yüksəltməyə,

Cümlə gənclər müştaqdır,

Şanlı Vətən!

Həmin mətnin adını və məzmununu böyük Üzeyir Hacıbəyov təkmilləşdirərək ona musiqi bəstələmişdir. Bəstəkar tərəfindən Cümhuriyyət dövründə hazırlanmış, musiqi bəstələnmiş və bizə Etem Üngörün "Türk marşları" kitabına salınmış mətn aşağıdakı kimidir:

Azərbaycan marşı

Azərbaycan, Azərbaycan,

Ey qəhrəman övladın şanlı Vətəni,

Səndən ötrü can verməyə cümlə hazırız,

Səndən ötrü qan tökməyə cümlə qadiriz

Üçrəngli bayrağınla məsud yaşa!

Minlərlə can qurban oldu,

Sinən hərbə meydan oldu,

Hüququndan keçən əsgər,

Hərə bir qəhrəman oldu.

Sən olasan gülüstan,

Sənə hər dəm can qurban

Sənə bir çox məhəbbət,

Sinəmdə tutmuş məkan

Namusunu hifz etməyə,

Bayrağını yüksəltməyə,

Cümlə gənclər müştaqdır.

Sanlı Vətən! Şanlı Vətən!

Azərbaycan, Azərbaycan!

Göründüyü kimi, Üzeyir Hacıbəyov hər şeydən öncə, "Vətən marşı" mətninin adını dəyişdirərək "Azərbaycan marşı" qoymuş, ikinci misrada "Vətən" sözündən əvvəl "Şanlı" epitetini əlavə etmiş, altıncı misrada "binlərlə" sözünü "minlərlə" fonetik variantı ilə əvəz etmiş, "hüququn dərk edən əfrad" (əfrad – "fərd" sözünün cəmidir, "fərdlər, insanlar, şəxslər" deməkdir) misrasını "hüququndan keçən əsgər" şəklində redaktə etmiş, nəhayət, mətnin sonuncu "Şanlı Vətən" ifadəsini 2 dəfə təkrarlamış, mətnə "Azərbaycan, Azərbaycan" sözlərini əlavə etmişdir. Bununla da şeirin məzmunu zənginləşmiş, musiqililiyi və axıcılığı artmış, marşda Azərbaycançılıq – Vətənçilik məfkurəsi daha da qüvvətlənmiş, Azərbaycanın bütövlüyü, bölünməzliyi, birliyi, tamlığı ideyası özünün bitkin həllini tapmışdır. "Azərbaycan marşı" müstəqil Azərbaycanın Dövlət himni kimi qəbul edilərkən Üzeyir Hacıbəyovun müvafiq düzəlişlər, əlavələr etdiyi və musiqi bəstələdiyi mətndə yenidən iki dəyişiklik edilmişdir. Bunlar aşağıdakılardan ibarətdir:

"Vətən marşı" və ya "Azərbaycan marşı"nda (1919-cu il):

"...Sən olasan gülüstan,

Sənə hər dəm can qurban

Sənə bir çox məhəbbət,

Sinəmdə tutmuş məkan..."

Azərbaycan Respublikasının Dövlət himni "Azərbaycan marşı"nda (1992-ci il):

"...Sən olasan gülüstan,

Sənə hər an can qurban

Sənə min bir məhəbbət,

Sinəmdə tutmuş məkan..."

Göründüyü kimi, "Azərbaycan marşı" himn kimi qəbul edilərkən mətnin on birinci və on ikinci misralarındakı "hər dəm" və "bir çox" ifadələri müvafiq olaraq "hər an" və "min bir" ifadələri ilə əvəz edilmişdir ki, bu düzəlişlər məzmunu, mənanı qüvvətləndirməyə, ifadələri müasirləşdirməyə xidmət edir. Azərbaycan Respublikasının Dövlət himni istər ideya-məzmun, istərsə də musiqisinin zənginliyi baxımından Vətənə, millətə, dövlətə, dövlətçiliyə sədaqət ideyasını parlaq şəkildə əks etdirir. "Azərbaycan marşı"nın melodiyası sadə, yaddaqalan olmaqla yanaşı, məzmun baxımından coşqun və mübariz ruhludur.

Həqiqətən, Azərbaycanın dövlət himninin musiqisi də, gözəldir, sözləri də çox mənalıdır, əzəmətlidir, milli-mənəvi dəyərlərimizi tam və dolğun şəkildə əks etdirir. Himnimizin dili, şübhəsiz, 1918-1920-ci illərin ədəbi dil normalarını əks etdirir, onları təhlil edərkən məsələyə tarixilik baxımından yanaşılmalıdır. "Hazırız", "qadiriz" fellərindəki şəxs sonluqları bəzilərinin düşündüyü kimi, Osmanlı ləhcəsinin təsiri olmayıb, dilimizin XX əsrin əvvəllərindəki qrammatik normalarından biridir. Himnin dilində müasir dilimiz üçün anlaşılmaz olan söz və ifadələr yox dərəcəsindədir. Himnin mətnindəki ərəb mənşəli "məsud" ("xoşbəxt") və "müştaq" ("ürəkdən bağlı", "həddən artıq istəkli", "qəlbdən sevən") sözləri də dilimizdə çoxişlənən lüğət vahidlərindəndir. Ümumiyyətlə, "Azərbaycan marşı" – Dövlət himni ideya-məzmun baxımından müasirliyi, dünyəviliyi əks etdirməklə yanaşı, dil-üslub cəhətdən məna dərinliyi, anlaşıqlığı və sadəliyi ilə qəlbləri oxşayır, Vətən və millət qayəsinin, Azərbaycan idealının – milli və dövlət mənafeyinin, hər şeydən uca tutulmasına xidmət edir.

Qeyd: Bu bölmənin materiallarının hazırlanmasında M. Mərdanov və Ə.Quliyevin müəllifləri olduqları “Azərbaycan Respublikasının dövlət rəmzləri” (Bakı, 2001) kitabından istifadə edilmişdir.

Materialdan istifadə zamanı istinad (www.parlayangunesh.az) zəruridir.

Bu yazını paylaşın:

Şərhlər (0)Add Comment

Kiçilt | Böyüt
security code


busy
 
Hal-hazırda burdasınız: Əsas səhifə VƏTƏN Azərbaycan Respublikasının Dövlət Himni